Kişilər qadınlarda ən çox bunlara diqqət edir – 4 ƏSAS MƏQAM

0

Hər qadın sevdiyi və ya bəyəndiyi kişini təəccübləndirmək və başdan çıxarmaq istəyir. Amma bunu edərkən kişilərin qadınlarda diqqət etdikləri şeyləri də nəzərdən keçirmək lazımdır. Kişilər özlərinə qulluq edən və xarici görünüşünə əhəmiyyət verən qadınları çox bəyənirlər. Ancaq bu, hədsiz makiyaj çəkib, bədənini tanımadan geyilən geyimlər demək deyil.

İctimai Rəy kişilərin qadınlarda ən çox diqqət yetirdikləri 4 əsas məqamı təqdim edir:

1. Gülərüz olması

Gülüş kişilərin qadınlarda diqqət yetirdikləri əsas məqamlardan biridir. Səmimi bir gülüş qarşınızdakı adamın ağlını ala bilər. Saxta və şişirdilmiş gülüşlərdən çəkinin!

2. Baxımlı saçlar

Kişilər sağlam, həcmli və parlaq saçlardan gözlərini çəkə bilməzlər. Təbii, baxımlı saçlar kişilərdə qarşısındakı qadının səliqəli olduğu düşüncəsini yaradır.

3. Qoxu

Kişilərə təsir etməyin ən əhəmiyyətli yolu qoxudur. Ətir, kişilərin ən çox diqqət etdikləri məqamdır. Üstəlik, qoxuların insanlara fərqli təsir göstərdiyi elmi olaraq sübut edilib! Seçdiyiniz doğru ətirlə bəyəndiyiniz kişini heyran edə və diqqətini sizə yönəldə bilərsiniz. Xüsusilə, bəzi qoxular heç bir şey etmədən hissləri aktivləşdirə bilər. Bir çox araşdırmada kişilərin çiçəkli qoxuları cazibədar gördükləri aydın olub.

4. Təbii makiyaj

Kişilər aşırı makiyaj etdirmiş xanımları bəyənmirlər. Təbii və canlı bir dəri onları daha çox cəlb edir. Əlbəttə ki, görüşə sıfır makiyajla getməli olduğunuzu söyləmirik, amma bunu aşmaq da olmaz. ///kanal.az///

Leave A Reply

Your email address will not be published.

Tərcümə »