“Uşaqlar koronavirusu çox yüngül keçirirlər. Çox zaman isə simptomsuz olur. Biz bu ağırlaşmaları uşaqlarda görmədiyimizə görə bizə elə gəlir ki, onlar COVID-19-a yoluxmur. Amma yüngül keçirdikləri üçün bu cür rəqəmin olması normaldır”.
İctimairey.az xəbər verir ki, bunu “ARB24” kanalında yayımlanan “Gündəm” verilişində qonaq olan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib.
O əlavə edib ki, uşaqlar arasında koronavirusu ağır keçirən və ölüm hallarına rast gəlinməyib.
İctimairey.az