MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə dəvət göndərib.

İctimairey.az-ın xəbərinə görə, bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Comments are closed.

Tərcümə »