Kolorado məhkəməsi Trampı 2024-cü il bülletenindən kənarlaşdırdı
İctimai Rəy “TASS”a istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi məhkəmənin elektron məlumat bazasına yüklənmiş elektron sənədə əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın ştatın 2024-cü ildə keçiriləcək ilkin seçki bülletenində iştirakına qadağa qoyulması barədə qərar çıxarıb.
Qərar ABŞ konstitusiyasına üsyanda iştirak edənlərin ABŞ prezidenti seçilməsini qadağan edən 14-cü düzəlişə əsaslanır.
İctimai Rəy