Muzey tariximizdə bir ilk

0

Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi davam edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir.

Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğramışdır. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da vardır. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsünkar interyeri foto proyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib.

Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş etdirilir.

Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi “Qaçqınlar” silsiləsi nümayiş olunur. Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların replikaları, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır.

Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.

Sərgi 28 fevral 2024-cü il tarixinədək davam edəcək.

Muzey tariximizdə bir ilk

Возможно, это художественное изображение

Возможно, это художественное изображение

Возможно, это изображение 3 человека и толпа

Возможно, это изображение 11 человек, свадьба и помост

Возможно, это изображение 6 человек

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »