Fransada mübahisəli immiqrasiya qanunu müxalifət tərəfindən rədd edildi

Fransa prezidenti Makron hökumətinin dünən parlamentə təqdim etdiyi mühacirlərə qarşı sərt sanksiyaları ehtiva edən qanun layihəsi səsvermə nəticəsində rədd edilib. Daxili işlər naziri Gerald Darmanin səsvermədən sonra verdiyi açıqlamada səsvermənin uğursuz olduğunu və istefa verə biləcəyini bildirib.

İctimai Rəy xəbər verir ki, “HABER GLOBAL”-ın məlumatında deyilir ki, dünən Fransa parlamentində Hökumət tərəfindən səsə qoyulan immiqrasiya qanunu müxalifət partiyaları tərəfindən rədd edilib. Səsvermədən əvvəl immiqrasiya qanun layihəsi ilə bağlı Daxili İşlər Naziri Darmanin dedi: “İmmiqrasiya Qanunu prosedurların tarixi sadələşdirilməsini təmin edir və mənşə ölkələrinə geri göndərilməsi lazım olan xarici vətəndaşlara bunu daha tez həyata keçirməyə imkan verir. “Təqdim etdiyim immiqrasiya qanun layihəsi əvvəllər heç vaxt görülməmiş çox sərt tədbirləri ehtiva edir: bu, hər il daha 4000 əcnəbi cinayətkarı öz doğma ölkələrinə geri göndərməyə imkan verir”, o deyib. Rədd qərarını alan Darmanin Fransa televiziyasına verdiyi açıqlamada uğursuzluğa düçar olduğunu və istefa verə biləcəyini bildirib. Darmanin həmçinin dedi: “Fransızları qorumaq üçün vaxt itirdiyimiz üçün təəssüf edirəm.”

İctimai Rəy

Comments are closed.

Tərcümə »