Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
İctimairey.Az TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 – Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Həmçinin söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.
Bununla yanaşı, Putin və Makron, Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Kremlin saytının məlumatına görə, Putin fransalı həmkarını üçtərəfli bəyanatının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.
“Danışıq zamanı bölgədə vəziyyətin ümumilikdə sabit olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atıldığı bildirilib”, – məlumatda qeyd edilir//oxu24.com//