Azərbaycan Prezidentinin iştirakdan imtina etməsinə baxmayaraq, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Qranadada görüş keçirəcək.
İctimai Rəy xəbər verir ki, bu sözləri AB-nin yüksək səviyyəli nümayəndəsi Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə deyib.
“Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü mövcud vəziyyəti müzakirə etmək, AB-nin nə edə biləcəyini anlamaq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək işlərin perspektivlərini qiymətləndirmək üçün keçiriləcək. Tərəflər AB-nin Ermənistan gündəmini inkişaf etdirmək və dərinləşdirmək üçün əməli tədbirləri müzakirə edəcəklər”, – deyə o bildirib.
Qeyd edək ki, tərəflərdən birinin iştirak etmədiyi bu görüşün keçirilməsinin məntiqi aydın deyil. Belə çıxır ki, məqsəd yalnız Ermənistana dəstək verməkdir ki, bunu da Fransa dayanmadan icra edir.
Comments are closed.