“Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmaların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistan üçün təhlükə yaratdığını düşünürük.”
İctimairəy.az xəbər verir ki, bu sözləri Yerevanda erməni jurnalistlərə açıqlama verən KTMT baş katibi Stanislav Zas deyib.
Sərhəddəki vəziyyətin hər zaman KTMT-nin diqqət mərkəzində olduğunu deyən Zas, son vaxtlar toqquşmaların coğrafiyasının genişlənməsindən narahatlıq keçirdiyini ifadə edib.
Onun sözlərinə görə, gərgin vəziyyət sülh şəraitində fəaliyyətə başlamağa imkan vermir və “Dağlıq Qarabağ münaqişəsi”nin həlli və bölgədə sülhün bərqərar olması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini çətinləşdirir.
“Aktual problemlərdən və onların həll yollarından danışırıqsa, KTMT hesab edir ki, siyasi və diplomatik yolla həll üçün hələ də imkanlar var. Ümid edirik ki, bütün tərəflər mübahisələrin siyasi və diplomatik həllinə diqqət yetirəcəklər”
Qeyd edək ki, Ermənistandakı rəsmi şəxlər və erməni mətbuatı atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu əsassız iddia edərək anti-Azərbaycan təbliğatına davam etməkdədir.
İctimairəy.Az