Görüşdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq layihələrin icrasında səmərəli tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparıllb.
Azərbaycan Respublikasının Prezidentinin himayəsi və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı müzakirə zamanı V.Eyvazzadə Forumun Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil ediləcəyini, bu çərçivədə yaxın zamanda beynəlxalq tərəfdaşlarla birgə Bakı Prosesi Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli görüşünün keçiriləcəyini, həmin görüşdə təşkilatçılar tərəfindən tədbirin proqram və konseptual məsələlərinin təqdim ediləcəyini diqqətə çatdırdı.
Görüş zamanı eyni zamanda Azərbaycan tərəfindən 2021-ci ildə irəli sürülmüş Mədəniyyət naminə Sülh Qlobal Çağırışı çəçivəsində BMTSA ilə əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və V.Eyvazzadə gündəlikdə olan məsələlər barədə Mədəniyyət Nazirliyinin rəhbərliyini məlumatlandıracağını, habelə layihənin sürətli icra edilməsi üçün qısa müddətdə lazımi addımların atılacağına əmin olduğunu ifadə edib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, İCESCO və Avropa Şurasının tərəfdaşlığı ilə 2011-ci ildən etibarən Bakı şəhərində beş dəfə yüksək səviyyədə təşkil edilib.