Paşinyan hökuməti Brüssel danışıqları barədə niyə susur? – “Detalları barədə məlumat verə bilmərik…”

0

Ermənistan iqtidarı Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin məlum bəyanatından sonra hələ də Qarabağı Azərbaycanın tərkib hissəsikimi tanıdığını rəsmi olaraq bəyan etməyib. Amma rəsmi İrəvan bu bəyanatı təkzib də etməyib.

Avropa Şurasının sədri ötən bazar Brüsseldə keçirilən danışıqlardan sonra bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiqliklərini təsdiq ediblər.

Bu dəfəki bəyanatında Mişel ərazi barədə açıq və konkret danışıb. Bəyanatda Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycan ərazisinin isə 86 min 600 kvadrat kilometr olduğu xüsusi vurğunıb.

Qeyd edək ki, 86 min 600 kvadrat kilometr Azərbaycan SSR-nin ərazisidir və bura təbii ki, Qarabağın bütün ərazisi də daxildir.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Azadlıq” radiosunun Azərbaycanın ərazi bütövlüynün tanınması barədə sualına cavab olaraq deyib: “Bildiyiniz kimi ərazi bütövlüyü həmişə tanınıb. Burada çətin ki, nəsə bir yenilik tapılsın”.

O iddia edib ki, danışıqlarda Qarabağda qalan erməni əhalsinin hüquq və təhlükəsizliyiilə bağlı məsələlər müzakirə olunur.

Qeyd edək ki, Paşinyan danışıqlarından sonra işğalçı qüvvələrin Azərbayvan ərazilərindən çıxarılması, əsirlərin qaytarılması məsələlərinə aydınlıq gətirilməyib.

Safaryan bu barədə bildirib:“Hələ ki, bu barədə danışmaq tezdir. Razılaşma barədə yenicə bəyanat verilib. Detalları barədə məlumat verə bilmərik”.

Mnatsakan Safaryanın sözlərinə görə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə sülh müqaviləsinin layihəsi müzakirə olunacaq.

Xatırladaq ki, Avropa Şurasının sədri Şarl Mişel mayın 14-də mediaya bildirib ki, liderlər iki ölkənin ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq ediblər və sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrində aydın irəliləyişin əldə edildiyini vurğulayıb.

Bu həftə iki ölkənin xarici işlər nazirləri Moskvada görüşməlidir. İyunun əvvəlində və iyulda isə liderlərin Kişinyovda, daha sonra Brüsseldə bir araya gələcəyi gözlənilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »