Naqasaki Bələdiyyə Başçısı matəm mərasimində nüvə ehtiyatlarını azaltmağa çağırıb

0
Avqustun 6-da Xirosimada atom bombası qurbanlarının xatirəsinə yas mərasimi keçirilib. Yaponiyada Naqasakinin atom bombası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimairey.Az xəbər verir ki, İkinci Dünya Müharibəsinin sonunda ABŞ-ın nüvə bombardmanına məruz qalan Naqasaki şəhərinin meri, Rusiya və ABŞ-ı nüvə ehtiyatlarını azaltmağa çağırıb. Bu barədə TASS məlumat yayıb. Bələdiyyə Başçısı Tomixisa Taue, – … bombalanmanın 76-cı ildönümüdür. Nüvə tərksilahı prosesini tam şəkildə dayandırılması üçün, ilk növbədə Rusiya və ABŞ səlahiyyətlilərini bu növ silah ehtiyatlarını azaltmaq üçün tədbirlər görməyə çağırıram” – deyib. Bundan əlavə, Taue Yaponiya hökumətini “Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləni (NPT) ən qısa zamanda imzalamağa və ratifikasiya etməyə” – çağırıb. Xatırladaq ki, bəşəriyyət tarixində nüvə silahından istifadənin yeganə faciəsi 6 və 9 avqust 1945-ci ildə baş verib. Yaponiyanın Xirosima və Naqasaki şəhərləri Amerikanın nüvə zərbəsinə məruz qalıb. Naqasaki üzərindəki atom partlayışı təxminən 110 kvadrat kilometr ərazidə dəhşətlər yaşadıb. Partlayış zamanı 70 min sakin ölüb və şəhər demək olar ki, tamamilə dağılıb. Naqasakidəki atom partlayışının gücü Xirosimadan daha böyük olub.
Esmira ŞÜKÜROVA
İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »