Guya İran “Zəngəzur dəhlizi”nin gerçəkləşməsinə qarşıdır…Biz İrana baxanda bilməliyik ki, orda bizim düşmənlərimiz olduğu kimi, yaxşı dostlarımız da var!

0

Son vaxtlar İran-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə gərginləşməsi cəmiyyətdə siyasi narahatlıq yaradıb. Bir çox ekspertlər, siyasilər və ictimai xadimlər müxtəlif fikirlər yürüdürlər. Lakin Azərbyacanın konkret siyasi mövqeyi ilə bağlı suallar bitmir. Bundan irəli gələrək “Tv Musavat” yutub kanalında azərbaycanlı diplomat keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan alınan müsahibənin bir hissəsini təqdim edirik.

İranla bağlı gərginlikdə bir cəsus şəbəkəsini ifşa etdik, onların Azərbyacanda “kərimə” dövləti qurmaq məqsədi üzə çıxdı. Bu ondan xəbəbr verir ki, plan elə də xəfif deyil, hətta bizim İranla müharibəyə gedə biləcəyimizi deyənlərin sayı da çoxalıb. Arestoviçin, Metyü Brayzanın fikirləri, ABŞ rəsmilərindən gələn açıqlamalar var. Bölgədəki qonşularımız və dünya gücləri Azərbaycan-İran toqquşmasında maraqlıdılarmı, sizcə biz buna doğrumu gedirik? 

– Bəli, bu gün hamı buradə düşünür. Mən də bir çox faktorları nəzərə alaraq öz qənaətlərimi bölüşmək istəyirəm. İranın birdən-birə bizə qarşı gərginləşməsinin səbəbləri nə ola bilər?

Azərbaycanda müxtəlif fikirlər səsləndirilir, ekspertlər deyirlər ki,  Azərbaycanın Qarabağda qalib gəlməsi, İranın  siyasi elitasında narahatlıq yaradır. Amma mən düşünürəm ki, bu böhranın iki tərəfi var. İlk növbədə bu böhranın səbəbi İranın daxilindədir. Bunu anlamaq üçün İran dövlətçiliyini bir daha nəzərdən keçirək və təhlil etməyə çalışaq.

İnqilabdan sonra İranda faktiki olaraq iki idarəetmə qurumu yaranıb. Onların hər ikisi indiyədək fəaliyyətdədilər.  Biri şahdan qalan ənənəvi qurum (müəyyən dəyişikliklərlə), ikincisi həmin quruma nəzarət etməyi, o cümlədən İran İslam İnqilabının prinsiplərini cəmiyyətdə təsbit edən “Sipah” təşkilatı.  Bu sonuncusu çoxşaxəli fəaliyyət göstərir, ordu quruculuğu,  kəşfiyyat, əks-kəşfiyyat, indi məlum olub ki, bu qurumun iqtisadi qolları da var. Çünki İran ixracatının böyük bir hissəsi neft istehsalı ilə bağlı  olduğu halda sanksiyalar altında neft satışını təmin etmək üçün Sepahın imkanlarından istfadə olunur. Bugün Sepah böyük maliyyə axınını əlində saxlayıb onu idarə edir. İranın büdcəsi əsasən bu maliyyə axınlarından asılıdır.

Həmin bu iki qurum arasında ənənəvi, tarixi rəqabət olub. Bu rəqabət həm siyasi, həm də iqtisadi səciyyə daşıyıb. Amma İranın bu sonuncu administrasiyası hakimiyyətə gələndə bir çox müşahidəçilər deyirdilər ki, Sipahın bu imkanları siyasi qurumlara da şamil olunur. Öncə Prezident və parlamentin bəzi üzvləri, hökumət adamları Sipahla məsafəli olan fiqurlar idi. İndisə biz görürük ki, prezident  postunda Sipaha yaxın olan adam təmsil olunur, xarici işlər naziri və digər qurumların rəhbərləri də Sipah təmsilçiləridi. İdarəetmənin bu kəsimi həddən artıq gücləndiyi halda, o biri kəsiminin rəqabətliliyii zəifləyir. Bununla onlar arasında  balans böhranı yaşanacaqdı. Bir çox daxili böhranların səbəbi bununla bağlıdır.

Keçən ildən (2022-ci il) başlayan daxili iğtişaşlarda, mitinq və nümayişlərdə liderlər görünmürdü. İndi də bu belədir. Hesab edirəm ki, lidersiz olmaz. Belə kütləvi tədbirlər hansısa təşkilatdan, liderlərlə idarə olunmalıdır. Mən əminəm ki, elə təşkilatlar və liderlər var və onlar İranın siyasi elitasının tərkibindədilər. Onlar məhz həmin ikinci hakimiyyət qrupuna aid olanlardır. Bu şəkildə onların ənənəvi rəqabəti davam edir və günü-gündən kəskinləşir. Buna etnik mövuzalar da təsir etməyə başlayıb. Belə ki, İran çoxmillətli əhaliyə malikdir. Bu məqamda təbii olaraq, Azərbaycan əsas mövzulardan birinə çevrilir. Çünki Azərbaycan faktoru həmişə ikili məna daşıyıb – bir müstəqil Azərbaycan Respublikası, bir də İranda çoxsayda azərbaycanlıların yaşadığı böyük Azərbaycan əraziləri.

Bəzi məlumatlara görə İranda azərbaycanlılar çox fəaldılar. Onların sayı  həm orduda, həm də Sipahın tərkibində 50% – i  üstələyir. İndisə İrandakı rəqabət şəraitində etnik faktor da təsir etməyə başlayıb. Bunun qarşısını almaq üçün İranın siyasi təbliğat aparatı Azərbaycan faktorunu neytrallaşdırmağı vacib bilir. Onlar çalışırlar ki, şimaldakı azərbaycanlı cənublu azərbaycanlıya gərək düşməncə yanaşsın və əksinə. Görünən proseslərin məntiqində hədəf və istək budur. Biz bunu çox aydın görməliyik.

İşin perspektivində müharibə faktorunun görünməsinə gədikdə isə, mən müharibə ehtimalına inanmıram. İndi vəziyyət dəyişib, 90-cı illərdəki kimi deyil. Azərbaycan fərqli bir dövlətdir, onun ordusu, dövlət qurumları güclüdür, digər tərəfdən bizim ictimaiyyət də dəyişib,  xalq   özünü bugünün müzəffər xalqı olaraq görür. Yəni Azərbaycan özü-özlüyündə fərqli bir dövlətdir. Eyni zamanda yeni bir faktor da mövcuddur, Azərbaycanın Türkiyə kimi   müttəfiqi var. Biz bir çox geniş bəyanatlarda artıq “iki dövlət, bir ordu” deyirik. Bu səviyyədə mütəffiqliyimiz var. İrandakı radikal qruplar da yaxşı  anlayırlar ki, Azərbaycana qarşı hər hansı bir həmlə olarsa, eyni zamanda Türkiyə-Azərbyacan tandemi ilə qarşılanacaqdır. Digər tərəfdən bu vəziyyətdə Azərbaycanın tərəfində bir çox dünya qüvvələri, o cümlədən İsrail və Pakistan olacaqdır. Bunlar ikinci dərəcəli, amma çox vacib faktorlardır.

Ehtimallardan danışsaq, hər hansı proksi hərəkətlər ola bilər, amma geniş miqyaslı hərbi əməliyyatlar mümkün deyil. Biz görürük ki, mübarizə başlayıb. Azərbaycanda illərlə formalaşmış o təsir dairələri, onların heç də hamısı terrorist və casus deyillər, zərərsizləşdirilirlər. Onlar tədricən İranın nəzarətindən çıxır. Mən hesab edirəm ki, İran tərəfindən bu siyasət davam edəcəkdir, biz buna hazır olmalıyıq,  amma bu da çox sürməyəcək. Əslində İranın bu siyasəti onun daxilində gedən proseslərin gedişatından asılıdır.

Mən əminəm ki, həmin o ikinci kəsim İranda öz qüvvələrini toplayıb  onların təsirini neytrallaşdırmaq üçün güc, imkan tapacaqdır. Və biz İrana baxanda həmişə yadda saxlamalıyıq ki, orda bizim həmvətənlərimizdən başqa, digər millətlər də Azərbaycana qarşı çox yaxşı münasibət bəsləyirlər. Orda Azərbyacanın çox yaxşı dostları var və bu müvəqqətidir ki, orda hal-hazırda radikal ünsürlərin siyasəti aparılır. Əminəm ki, bu çox çəkməz.

Sizin fikrinizcə, bu gərginliyin səngiməsi üçün ilk addımı  kim atmalıdır?

– İlk belə addım İran tərəfindən atılmalıdır. Amma biz də öz növbəmizdə  adekvat cavab verməliyik, müəyyən tədbirlər görməliyik, öz siyasi iradəmizi göstərməliyik və diqqətli olmalıyıq ki, İrandan görünəcək istənilən dönüş xəttinə meyllilik olarsa, bizim tərəfimizdən də uyğun dəstək verilsin.

Bizdə və ermənilərdə  belə bir stereotip formalaşıb ki, guya İran Zəngəzur dəhlizinin gerçəkləşməsinə qarşıdır. Məsələ ondadır ki, İranın Azərbaycanla  bu barədə memorandumu var. Sənəddə göstərilir ki, bu kommunikasiyalar onların ərazisində mövcuddur. Yəni Zəngəzur dəhlizinin funksiyası onların ərazisində də gerçəkləşə bilər. Deməli, əslində İran Azərbaycanın əraziyə bağlantısının əleyhinə deyil. Biz də bunun əleyhinə çıxmırıq. Belə olan halda, ermənilər düşünməlidilər ki, nə üçün İran həmin bağlantını öz ərazisindən keçməsini istəyir, amma Ermənistan ərazisində buna imkan vermək istəmir?  Ziddiyyət burdadır. Digər tərəfdən erməni ekspertləri fikir yürüdürlər ki, əyər onlara qarşı hücum olarsa, İran onları əmin edib ki, dərhal ermənilərin köməyinə gələcəkdir. Adətən belə əməliyyatları Sepah həyata keçirir. Axı biz qeyd etdik ki, Sepahın tərkibində azərbyacanlılar çox sayda vardır. Ermənilər doğurdandamı düşünürlər ki, onları müdafiə etmək üçün  İran tərəfdən orduda xidmət edən azərbyacanlılar bizə qarşı  silah işlədəcəklər? Ermənilərin gəldikləri nəticələr görün nədən ibarətdir?!

Göründüyü kimi, bu mövzuda İranın mövqeyi ətrafında  prapaqandalar aparılır, müxtəlif stereotiplər formalaşdırılır. Amma əslində vəziyyət fərqlidir. O ki qaldı Zəngəzur bölgəsinin taleyinə, ora heç də böyük bölgə deyil. Təxminən dəmir yolu hissəsi 46 kmdir. Və balaca bir bölgədə rus sərhədçiləri var, fransız jandarmları var, alman polisləri var, İran konsulluq açıb. Ermənilər də ümid edirlər ki, təhlükə yaranarsa, iranlılar onların köməyinə gələcəklər. Ermənilərin məntiqinə görə ruslar Sipah qüvvələrini sərhəddən Ermənistana buraxacaqlar. Baxın, necə fantastik mənzərə yaranır, bir-birinə zidd olan qüvvələr Ermənistanı birgə müdafiə edəcəklər?! Bu bizə qarşı yeridilən prapaqandadır, amma bunun ilk növbədə Ermənistanın özünə böyük təhlükəsi vardır. Çünki Zəngəzur ətrafında, həm də bir az kənarda rus hərbi bazaları və aviaqrupları var. İrəvanın özündə ABŞ səfirliyinin təkcə texniki heyəti 2000 nəfərdən ibarətdir. Ermənistanda bəziləri deyirlər ki, ABŞ-nın  bu qüvvələri İrəvanda oturub, Tehranla məşğuldular və cəsusluq işlərini aparırlar. Görün ki, Ermənistanın xarici siyasətinin nəticəsi olaraq  Ermənistanda nə qədər ziddiyyətli və bir-birinə qarşı  qüvvələr toplaşıb. Bir daha görünür ki, onların konfiqurasiyası Suriyanı xatırladır. Çünki Suriyada da həmin qüvvələr öz ziddiyyətlərini hərbi əməliyyatlarla həll ediblər. Nəticədə Suriyanın aqibəti göz qabağındadır.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »