Azərbaycanda ilin sonundan “məmur ovu” BAŞLAYACAQ – ŞOK PROQNOZ

0

“Neft və qazın qiymətinin qalxması, pul kredit siyasətinin uğurlu olması və inflyasiyanın cilovlanması fonunda “Fitch” agentliyini Azərbaycanla bağlı belə müsbət rəyə gəlib”.

İctimairəy.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev Azərbaycanda gələn il üçün valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdıran “Fitch” reytinq agentliyinin gəldiyi nəticəyə münasibət bildirərkən deyib.

O deyib ki, bu təşkilat beynəlxalq hesablama sistemi əsasında Azərbaycanı dəyərləndirib: “Ölkəmizdə bütün mühasibat sistemi beynəlxalq standartlar səviyyəsindədir. Hətta istənilsə də, bu informasiyaların gizilədilməsi mümkün deyil. Ona görə “Fitch” reytinq agentliyinin verdiyi proqnozlar daha düzgündür, nəinki Azərbaycan daxilində hansısa təşkilat və ya dövlət qurumunun verdiyi qiymətləndirmə”.

Ekspert qeyd etdi ki, üç amilə əsaslanaraq sözügedən agentlik ölkəmizlə bağlı müsbət proqnoz verib: “Azərbaycanda pandemiyaya baxmayaraq, bu il artıq iqtisadi artım baş verib. Azərbaycan digər tərəfdən, həm də donor ölkədir. Yəni kredit götürmür. Daxili sərmayə qoyuluşu ölkəmizdə yüksəkdir. Əsas səbəb isə odur ki, karbohidrogen yataqlarından əldə olunan neft və qazın satışından xeyli gəlir götürmüşük. Bu da dünya bazarında həmin məhsulların qiymətinin bahalaşması ilə bağlıdır. Azərbaycanın yürütdüyü pul kredit siyasəti də “Fitch”in ölkəmiz barədə belə müsbət proqnoz verməsinə əsas olub.

Monetar siyasət yürüdülsə də, Azərbaycanda valyutanın dəyəri saxlanılır, manatın dəyəri qorunur. Eyni zamanda, ölkədə inflyasiya birrəqəmlidir. Ölkədə ümumi daxili məhsulun artımı da proqnozlaşdırılır. 2022-ci ildə 3-4 faiz civarında iqtisadi artım olacaq”.

Azərbaycan həmçinin iqtisadi qənaət rejiminə keçməsi də həmsöhbətimizə görə, agentliyin diqqət mərkəzində olub: “Əvvəllər kölgə iqtisadiyyatı, qara mühasibat diqqətdən kənarda idisə, artıq onlara münasibətdə də diqqət artıb. İlin sonuna doğru bu sahədə irəliləyiş onunla gündəmə gələcək ki, vəsaitləri təyinat üzrə xərcləməyən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda həbslər başlayacaq. Bunu da beynəlxalq təşkilatlar nəzərə alır”.

İctimairəy.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »