Azərbaycanda qadın ərinə əsəbləşdi, səhvən qayınatasını yandırdı

0

Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.

İctimairey.Az Oxu.Az-a istinadən bildirir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.

Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, kişin yanması qəsdlə edilməyib”.İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »