Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Ictimairey.Az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.
Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən güləşçi vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
***
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Ictimairey.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.
Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb.
O, daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.
xxx
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Ictimairey.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.
Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşacaq.Ictimairey.Az