30-cu illərdə şəkili jurnalistlər Fransa qəzetlərinə istinad edirdilər – FOTOFAKT

0

Sovet dövründə insanların dünyanın digər hissəsi (sovet təbirincə çürümüş kapitalizm – müəl.) barədə təsəvvürləri məhdud idi. Lakin xaricdə baş verən proseslərlə bağlı az da olsa (QLAVLİT-in qayçısından keçərək – müəl.) məlumat almaq mümkün idi.

Lent.az-ın “Nuxa işçisi” qəzetinin 1936-cı ilə dair əldə etdiyi nömrələrində İspaniyadakı vəziyyətlə bağlı maraqlı məlumatlar yer alır.

Qəzetin 2 avqust tarixli nömrəsindəki “Əhali hökumətin tərəfindədir” başlıqlı xəbər “Humanité” qəzetinə istinadla verilib ki, bu da tam təbiidir.  Sözügedən nəşr Fransa Kommunist Partiyasının orqanıdır.

6 avqust nömrəsində artıq Şəkidəki müəssisələrdə İspaniya xalq Cəbhəsinə dəstək mitinqinin keçirildiyi xəbər verilir.

31 avqust sayında isə İspaniyada faşist üsyanına dair karikatura verilib.

PS. Sovet dövründə “Humanité” əlçatan mətbu orqanı idi. Səbəb məlumdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »