“AzerGold” QSC tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə 39.2 milyon manat vergi ödənilib. Hesabat ilində Cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri isə 5.3 milyon manatdan çox olub.
Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə vergi ödənişlərində 32%, DSMF ödənişlərində isə 60% artım deməkdir.
Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi ödənişləri 103.7 milyon manat, DSMF ödənişləri isə 14.7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2021-ci il vergi ödənişləri 29.7 milyona manat, DSMF ödənişləri isə 3.3 milyon manat təşkil edib.