Ukraynanın paytaxtı Kiyevdə əlində əl qumbarası ilə naməlum bir şəxs hökümət binasına daxil olub.
İctimairey.Az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, saat 10:00 radələrində əlindəki bomba ilə hər yeri partladacağı ilə iddia edən adama qarşı polis xüsusi əməliyyat başladıb. Açıqlamada qeyd olunur ki, hələ də kimliyi təyin edilməyən şəxslə danışıqlar aparılır.
Qeyd edək ki, deputat Aleksey Goncherenko da Telegram hesabından bir nəfərin əl bombası ilə hökumət binasına daxil olduğunu və güc strukturlarının bölgəyə çatdığını bildirmişdi.
İctimairey.Az