Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Nikol Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.
İctimairey.Az bildirir ki, bu barədə avqustun 2 -də Tokayevin mətbuat xidmətindən məlumat verilib. “Nikol Paşinyanın məsul bir dövlət vəzifəsindəki sonrakı fəaliyyəti Ermənistanın davamlı inkişafına və tərəqqisinə, həmçinin Qazaxıstan-Ermənistan münasibətlərinin ikitərəfli və çoxtərəfli formatda genişlənməsinə və dərinləşməsinə töhfə verəcək”,-məlumatda deyilir. Paşinyana göstərilən etimad cəmiyyətdə sabitliyin, birliyin və harmoniyanın təmin edilməsinə, vətəndaşların rifahının yüksəldilməsinə, Ermənistanın beynəlxalq aləmdəki nüfuzunun gücləndirilməsinə yönəlmiş kursuna geniş dəstəyin əyani sübutudur”. – deyə Tokayev əlavə edib. Xatırladaq ki, avqustun 2 -dən Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinin icrasına başlayıb.
Esmira ŞÜKÜROVA
İctimairey.Az