Bu gün Milli Məclisdə Eldəniz Səlimov müzakirə ediləcək

0

Bu gün Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclasa toplaşır.

İctimairey.Az Trend-ə istinadən bildirir ki, iclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »