Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
“Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Bakıda yağışlar dünən günün ikinci yarısından başlayıb.