Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə aeroport şosesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda piyada – 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.
Sürücü xəsarət almış piyadanı xəstəxanaya apararkən Z.Xalıqov yolda dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.
O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.
Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.