Sabirabadda gənc qadın bıçaqlanıb.
Report xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Fuad qızı İsayeva ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qadına xəsarət yetirməkdə şübhəli bilinən əri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed.