Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər – YENİLƏNİB

13:06

İctimairey.Az Trend-ə istinadən xəbər verir ki, Komissiyanın üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ plenar iclasın gündəliyinə tövsiyə olunub.

——–

12:10

Milli Məclisin İntizam komissiyası Baş prokurorluğun müraciətinə baxır.

İctimairey.Az Trend-ə istinadən bildirir ki, hazırda komissiyanın iclası keçirilir.

İclasa polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyevin Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Comments are closed.

Tərcümə »