Azərbaycanda qardaş qardaşı öldürdü

0

Oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »