ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı yaydığı məlumatda bildirilib.
“Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb”, – məlumatda qeyd olunub.