“Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” layihəsi çərçivsində İsmayıllıda tədbir keçirilib

0

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən həyata keçirməyə başladığı “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihənin icrasını 10.10.2022-ci il tarixində İsmayıllıda dəyirmi masanın təşkili ilə davam etdirir.

Birlikdən verilən məlumata görə dəyirmi masadan öncə rayon sakinləri arasında anonim sorğu keçiildi. Sorğuda iştirak edən respondentlər həqiqətən məişət zorakılığı və onun qurbanları haqqında sosial media və sosial şəbəkələrdən məlumatlı olduqlarını ifadə etdilər.

 İsmayıllıda təşkil olunmuş dəyirmi masada 40 nəfər rayon sakini və müvafiq qurumların nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə layihə rəhbəri, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctmai Birliyinin sədri Nailə İsmayılova açdı. O, öz çıxışında layihə və onun məqsədi barəsində dəyirmi masa iştirakçılarına geniş məlumat verdi. Daha sonra layihə üzrə ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov layihə çərçivəsində görülən işlərin təqdirəlayiq olduğunu və cəmiyyətə məlumatlandırıcı mesajların faydalı tərəflərini açıqladılar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzin də təşkil olunmuş dəyirmi masada mərkəzin əməkdaşları – sosial iş üzrə pedaqoq Nərgiz Əlövsətli və digər əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov və aparıcı məsləhətçi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə

komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, monitorinq qrupunun üzvü Bəhruz Xələfov, İsmayıllı Rayon Polis Şöbəsinin sahə rəisi Məhərrəmli Zahir, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Catmayanların Proflaktik İşinin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Soltanov Şahməmməd və digərləri iştirak ediblər. Çay süfrəsi arxasında mövzu ətrafında aparlan müzakirələr zamanı çıxışçılar tərəfindən verilən təkilflər gələcəkdə birlik tərəfindən hazırlanacaq tövsiyyələrə öz töhfəsini verəcək.

Layihənin icrası davam edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »