Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb.
70 yaşlı A.Əlizadənin onkoloji xəstəlikdən dünyasını dəyişdiyini bildirilir.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Araz Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü seçilib.
V Çağırış Milli Məclisin deputatı olub.