Türkiyədəki meşə yanğınlarına qarşı mübarizə tam formatda davam etdirilir. Bölgə-bölgə yanğının lokallaşdırılması istiqamətində işlər aparılır.
Bu yanğınların fonunda qandonduran olay bütün Türkiyəni qürurlandırıb.
İctimairey.Az bu barədə Haber7-ə istinadən xəbər verir.
Meşə yanğınları zamanı alov yaxınlığdakı qəbiristanlığı cənginə alıb. Bütün məzarlıq yanıb külə dönsə də, orada olan şəhid qəbrinə heç bir şey olmayıb. Məzar və baş ucundakı ay-ulduzlu türk bayrağı sağ-salamat qalıb və yanğından heç bir zərər çəkməyib. Şahidlər hadisəni Allahın möcüzəsi adlandırıb. Məzar 2018-ci ildə Tuncelidə şəhid olan, Ferruh Dikmen-ə aiddir.
İctimairey.Az