Neftçalada dəhşətli qətl – Ata uşaqlarının gözü qarşısında vəhşicəsinə öldürüldü – FOTO

0

Neftçalada dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Əliyev Səxavət Məcnun oğlu (Əşrəf kimi tanınırmış-red.) öz evində, həyat yoldaşı və uşaqlarının gözü qarşısında vəhşicəsinə öldürülüb. 1984-cü il təvəllüdlü Saleh Valeh oğlu Qurbanov ona qoyun qırxmaq üçün nəzərdə tutulan qayçı ilə saysız-hesabsız zərbələr endirib.

Hadisənin baş vermə səbəbi isə tükürpədicidir. Belə ki, qatil ölən şəxsin həyat yoldaşının Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan, üç uşaq anası olan xalası qızı (Adı bizə bəlli olsa da, yazmırıq) ilə qeyri-rəsmi münasibətdə olublar. Həmin xanım özü ailəli olub. İddialara görə, bu münasibətdən bütün kəndin xəbəri var imiş. Buna görə də iki il əvvəl həmin qadının həyat yoldaşı (Adı bizə bəlli olsa da, yazmırıq) özünü asaraq intihar edib.

Bundan sonra qadınla Saleh Qurbanovun münasibəti daha sıx olub. Son aylar isə Saleh qadına işgəncə verməyə başlayıb. Buna görə də həmin qadın övladlarını Xıllı qəsəbəsində yaşayan xalası qızına verib, Bakıya qaçıb.

Saleh Qurbanov həmin evə gələrək, qadını tələb edib. Bu zaman Səxavət Əliyevlə mübahisə düşüb və o, vəhşicəsinə qətlə yetirilib.

Fotoda: cinayəti törədən Səxavət Əliyev

Leave A Reply

Your email address will not be published.

Tərcümə »