Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə bir günlük işgüzar səfər üçün Ukraynaya gedib. Sammitdə BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən taxıl sazişinin davamı olaraq, atəşkəsin təmin edilməsi, Zelenski ilə Putinin bir araya gətirilməsi mühüm mövzular arasında olacaq.
Prezident Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Lvova birgünlük işgüzar səfərə gedib.
Ankara Esenboğa hava limanından prezident təyyarəsi ilə yola düşən Ərdoğanın ukraynalı həmkarı Zelenski ilə Türkiyə-Ukrayna münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirəcəyi gözlənilir.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.
İyulun 22-də imzalanan taxıl dəhlizi razılaşması və prezident Ərdoğanın avqustun 5-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra, Lvovda baş tutacaq üçtərəfli sammit böyük diqqət çəkir. Polşa sərhədinə yaxın Lvov şəhərində keçiriləcək görüşdə “taxıl müqaviləsi”nin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoyulması üçün, bir model kimi baxılması gözlənilir.
MÜHARİBƏYƏ SON VERƏCƏK ÜMİTDİR
Prezident Ərdoğanın Ukraynaya bir günlük səfərinin siyasi müstəvidə olduğu və müharibəni sona çatdırmaq məqsədi daşıdığı Cumhurbaşkanlığı Kommunikasiya Başçılığının açıqlamasında da bildirilib. Səfər öncəsi verilən açıqlamada “Prezidentimizin ukraynalı həmkarı ilə görüşlərində Türkiyə-Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsində bütün aspektlərdən qiymətləndiriləcək. Səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün, qurulan mexanizmlə Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün, atılacaq addımlar müzakirə olunacaq.
PUTİN İLƏ GÖRÜŞDƏN SONRA
Prezident Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki qonşu ölkə arasında vasitəçi rolunda çıxış etməyə hazırdır. Avqustun 5-də Rusiyanın Soçi şəhərində prezident Ərdoğanın Vladimir Putinlə üzbəüz təmasından sonra, Lvovdakı üçtərəfli sammitin keçirilməsi də xüsusi məna daşıyır.
ƏSAS MÖVZULAR NƏDİR
BMT baş katibinin sözçüsü Stefan Düjarrik də açıqlama verərək, sammitin əsas mövzularının Ukraynadakı müharibəyə son qoyulması, Zaparojye AES-in təhlükəsizlik vəziyyəti və taxıl sazişinin işləməsi olduğunu bildirib. Rusiya və Ukrayna arasında mart ayında İstanbulda nümayəndə heyətləri arasında aparılan danışıqların kəsilməsindən sonra, yerdə yalnız silah söhbəti davam edib. Dörd ay ərzində tərəflər arasında heç bir əlaqə olmadan Rusiya qüvvələri Donbasdakı separatçı Luqansk bölgəsini böyük ölçüdə ələ keçirib. Rusiyaya qoşulmaq üçün, Xerson və Zaparojiya vilayətlərində referenduma hazırlıq işlərinə başlanılıb.
RUSİYA ÜZRƏ TƏZYİQ ARTIR
Bu arada Rusiyanı narahat edən hadisələr də baş verib. Rusiyanın işğal etdiyi Krım yarımadası Ukrayna ordusunun hədəfinə çevrilib. Zaparojiyadakı atom elektrik stansiyası da atəşə tutulub və ciddi qlobal fəlakət siqnalları verməyə başlanıb. Müharibə nə qədər uzanarsa, Rusiyaya iqtisadi zərər də bir o qədər çox olur.
PUTIN ZELENSKİ İLƏ GÖRÜŞÜŞƏ – ‘HƏ’ – DEYƏCƏCƏKMİ?
Müharibənin bitməsi üçün, Ukrayna lideri Zelenski dörd dəfə Rusiya prezidenti Putinə ikitərəfli sammit təklif edib. Kiyevdən gələn bu təklifi Moskva həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə geri çevirib.
Lakin Lvovda keçiriləcək üçtərəfli sammit öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən alınan xəbərə görə, Rusiya prezidenti Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Vladimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub. Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “Birincisi, yol xəritəsini nümayəndə heyətləri müəyyən etsin. Qoy liderlər daha sonra sammit keçirsinlər”. İndi isə müharibəni dayandırmaq üçün, Rusiya tərəfi “Birincisi, liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”.
Ukraynada yekun sülh əldə olunmasa belə, heç olmasa daimi atəşkəsə nail olmaq Zelenskinin BMT-nin baş katibi Quterreşin iştirakı ilə Lvov sammitində prezident Ərdoğana verəcəyi mesajlardan asılı olacaq.