SURQUT: Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Regional Qeyri-Hökumət Təşkilatı TƏSDİQLƏNDİ- FOTO

0

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Mən özüm 1995-ci ildən Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsi -YUGRA regionunda yaşayıram. Rusiyanın hər yerində Azərbaycandan gəlmiş minlərlə azərbaycanlı yaşayır. Ümumilikdə, 2010-cu ilin siyahıyaalınmasına əsasən, Rusiyada 600 mindən çox Rusiya vətəndaşı olan azərbaycanlı yaşayır. Bir milyon yarım soydaşlarımız isə, Rusiyada yaşamaq hüququna malkikdir və əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olur. Rusiya azərbaycanlıları Rusiyanın yerli etnik xalqlarından hesab olunur və Azərbaycan dili isə, Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rəsmi dövlət dillərindən biridir.Нет описания.

Bu gün biz azərbaycanlıların yaşadığı Xantı-Mansi Muxtar Dairəsi -YUGRA regionun salınması və inkişafı 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü mərhum Fərman Qurban oğlu Salmanovun zəhmətinin nəticəsində mümkün olmuşdur.

Şəmkir rayonunun Morul kəndindən olan məşhur həmyrlimiz 1987-1991 ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı olmaqla yanaşı, keçmiş SSRİ-nin Lenin ordeni , 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Oktyabr inqilabı” ordeni, Lenin mükafatı və digər yüksək mükafatlarla təltif olunmuşdur. 2019-cu ilin may ayından etibarən, Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Azərbaycanlılar 1970-1980 ci illərdən bu regiona neft mühəndisləri və digər neft emalı sənayesinın mütəxəsisləri kimi cəlb olunublar.  Yaşadığım Surqut şəhərində 50 mindən çox azərbaycanlı məskunlaşıb. Düzdür Surqut şəhərində 2008-ci ildən AZƏRBAYCANLARIN MİLLİ-MƏDƏNİ “BİRLİK” İCTİMAİ TƏŞKİLATI fəaliyyət göstərir. Amma son baş verən hadisələr, Rusiya – Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyması, 30 ilə yaxın işğalda olan torpaqlarımızın işğaldan azad olunması, diaspora fəaliyyətinin genişlənməsini və yeni regonal diaspora təşkilatının yaranmasını zəruri etmişdi.

Biz 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan döyüşçüsünün günlərlə rəşadətlə irəlilədiyi, bütün təhlükələrə sinə gərdiyi, nəhayət, əlbəyaxa döyüşlə qədim Şuşamızı işğaldan azad etdikdən sonra “ŞUŞA” adlı regional diaspora cəmiyyətini Rusiya Federasiyasında yaratmağı qərara almışdılq.

Rusiyanın Soçi şəhərində keçirilən Şən və Hazırcavablar Klubu komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən “ŞUŞA” adlı komandamızın tədbirin təşkilatçılarından olan erməni Ruben Jaqinyan tərəfindən təzyiqi ilə “Buta” ilə əvəzlənməsi Azərbaycan ictimaiyyətini və eləcədə bizi – Xantı Mansı Muxtar dairəsində yaşayan soydaşlarımızı da çox əsəbləşdirdi və Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Regional Qeyri-Hökumət Təşkilatının Rusiyada təsis olunmasını sürətləndirdi.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğuna qoşularaq, Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsi -YUGRA regionunda Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Regional Qeyri-Hökumət Təşkilatını diaspora cəmiyyətini yaradaraq,  dövlət qeydiytından keçirmişik. Cəmiyyətin məqsədi Rusiyada yaşayan azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində işlər aparmaqdan ibarətdir. Fəaliyyətimiz üçün ziyalılardan, yaxşı dostlardan, hörmətli insanlardan ibarət bir komanda yaratmışıq. Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Regional Qeyri-Hökumət Təşkilatını 4 nəfərlə təsis edib. Təsisçilər: 1). İbrahimiv İbrahim Oruc oğlu 2). Cəfərov Arif Qiyas oğlu 3). Əlkəbərov Zirəddin Ələkbər oğlu 4).Məhərrəmov Bəkir Aydın oğlu. Təşkilatın audit nəzarəti isə həmyerlimz Bayramov Mübariz Mansur oğlu tərəfindən həyata keçiriləcək. Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Regional Qeyri-Hökumət Təşkilatı Diaspor cəmiyyətinin sədri təsisçilərin umumi səsvrməsi nəticəində İbrahimiv İbrahim Oruc oğlu seçilmişdir. Diqər təsisçilər isə, həmsədr kimi müəyyən sahələrə məsul şəxs kimi cavabdeh olaraq fəaliyyət Нет описания.göstərəcəklər.Нет описания.

Biz qürbətdə yaşayan Azərbaycanlılar bütün varlığımızla Vətənimizə, DÖVLƏTİMİZƏ və bizə 44 günlük müharibədə zəfər sevinci bəxş edən hörmətli ALİ BAŞ KOMANDANIMIZ İLHAM HEYDƏR OĞLU ƏLİYEV cənablarına bağlıyıq. Dövlətimizin qüdrətlənməsi, xalqımızın milli mədəni irsinin qorunması yolunda əzmlə çalışmaq fikrindəyik.Нет описания.Нет описания.

Azərbaycan Milli Mədəni Mərkəzi “ŞUŞA” Xantı-Mansi Muxtar Dairəsi -YUGRA Regional Qeyri-Hökumət Təşkilatı diaspora cəmiyyətimizn səmərəli fəaliyyət göstərə bilməsi və gələcək işlərimizin birgə əlaqələndirilməsi üçün, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinə və Rusiyada Azərbaycan səfirliyinə müraciət edərək, cəmiyətimizi qeydiyata alaraq fəaliyyətimizdə bizə dəstək olamalarını xahiş etmişik.

Biz qürbətdə yaşayan azərbaycanlılar bir yerdə daha sıx əməkdaşlıq edib vahid güc olmağa çalışırıq.

 Arif CƏFƏROV   Rusiya Federasiyası – Surqut şəhəri

İctimairey.az Xəbər Agentliyi Soydaşlarımıza uğurlar  arzulayır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »