Şəhid polkovnikin qızı çempion oldu – FOTO

0

Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva müəllifi olduğu “TechnoHealth” startup layihəsi ilə Azərbaycan üzrə ölkə səsverməsində çempion olub.

İctimairey.Az xəbər verir ki, bu barədə lent.az-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AZMİU) məlumat verilib. Bildirilib ki, British Council şirkətinin 2021-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2021 (CSBIC-2021) yarışmasının 5-18 iyul tarixlərində keçirilən səsverməsinin nəticələri bu gün elan olunub:

“Müsabiqədə Azərbaycan da daxil olmaqla yeddi ölkə iştirak edib, səsvermə onlayn keçirilib. Müsabiqənin finalçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator mərkəzinin üzvləri Gülnarə Mirzəyeva və Elnur Məmmədov yarışmada yer tutublar.

“Rəqəmsal texnologiya” kateqoriyası üzrə finala çıxan AzMİU-nun Tikinti-iqtisad fakültəsinin tələbəsi Gülnarə Mirzəyevanın “TechnoHealth” startup layihəsi Azərbaycan üzrə ölkə səsverməsində çempion olub.

“Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan eyni fakültədən olan digər finalçı tələbəmiz Elnur Məmmədovun “Stork” startup layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb”.

Məlumatda qeyd edilib ki, gənclər 600-dən çox komandanın iştirak etdiyi və 84.000 nəfərin səs verdiyi yarışmada seçiliblər.İctimairey.Az 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »