Eyvana çıxıb “gəlirəm uşaqlar” deyib özünü güllələdi

0

Bursa (Türkiyə) yaşadığı binanın üçüncü mərtəbəsinin balkonuna çıxıb ətrafa güllə atan gənc iki saat sonra başından vurmaqla intihar edib.

İctimairey.Az Milli.Az-a istinadən xəbər verir ki, intihar anı həvəskar kameraya anbaan həkk olunub. Həmin şəxsin son sözünün “gəlirəm uşaqlar” olduğu aydın eşidilir. 26 yaşlı Kadir Qarqarın depressiyaya düşdüyü və silahını götürüb eyvana çıxdığı bildirilir. atəş açdığını görənlər polisə xəbər veriblər. 2 saat davam edən danışıq cəhdləri heç bir nəticə vermədikdə polis qrupları əməliyyat təşkil edib. Lakin o özünə qəsd edib.

Bütün müdaxilələrə baxmayaraq gənci xilas etmək mümkün olmayıb. Polis hadisə ilə əlaqədar istintaq başladıb.İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »