Şri-Lankada etirazçılar prezidenti saraydan qaçmağa məcbur ediblər- VİDEO

0

Şri-Lankada minlərlə etirazçı bu ilin ən böyük anti-hökumət yürüşlərindən birində polis barrikadalarını aşaraq, rəsmi prezident iqamətgahına basqın ediblər.

Məlumata görə, Şri-Lankanın bayraqları və dəbilqələri olan bir neçə etirazçı Kolombo paytaxtında prezident Qotabay Rajapaksanın iqamətgahına soxulub.

AFP agentliyi xəbər verir ki, Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iqamətgahı tərk edib.

Məlumata görə, hərbçilər qəzəbli kütlənin Prezident Evini ələ keçirməməsi üçün, havaya atəş açıblar. Onun binanın içində olub-olmadığı məlum deyil.

Baş nazir Ranil Vickremesinqe, hökumətin iqtisadi böhranı idarə etməsinə qarşı artan qəzəb fonunda siyasi partiya liderlərini təcili iclasa çağırıb.

Baş nazirin ofisindən verilən açıqlamada Vikremesinqe spikerdən parlamenti çağırmağı da xahiş edib.

22 milyon əhalisi olan ada dövlətinin bir çox vətəndaşı ölkənin tənəzzülündə Rajapaksunu günahlandırır. Mart ayından bəri əsasən dinc etirazlar onun istefasını tələb edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »