Qonşularla münasibətlər yaxşılaşdırılmalıdır, lakin qırmızı xətlər var ki, onları qırmaq olmaz. Bu barədə qondarma “Artsaxın xarici işlər naziri” David Babayan öz Facebook səhifəsində yazıb.
“Biz dəfələrlə demişik ki, həm Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi, həm də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar Artsaxın statusuna və onun gələcək taleyinə şamil edilə bilməz, çünki Azərbaycanın tərkibində heç bir status, hüquq və azadlıqlarını, Artsaxın gələcəyi təmin edə bilməz.”, – qondarma “Artsaxın xarici işlər naziri” yazıb.