«Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır».
İctimairey.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu instaqramda canlı yayımda deyib. İfaçı övladlarından danışıb. O, oğlu ilə bağlı arzusunu açıqlayıb:
«Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur… Çünki çox nəvə istəyirəm. Ona görə də arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim».