Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.

0

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.

İctimairey.az xəbər verir ki, bu barədə  nazirlikdən məlumat verilib.

Əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »