Azərbaycan diplomatiyasının rəhbəri Cənubi Qafqazın inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Münaqişədən sonrakı dövr həm Azərbaycan, həm də bütövlükdə region üçün bir çox yeni imkanlar açır. Bunu Bakıda ADA Universitetində Diplomatik həftənin açılış mərasimində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
Nazir xatırladıb ki, Azərbaycan Ermənistana sülh sazişini müzakirə etməyi təklif edib, fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tapmağa çalışır.
Bayramov qeyd edib ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsini və nəqliyyat kommunikasiyalarının açılmasını təklif etməklə, regionda uzunmüddətli sülhə doğru əməli addımlar atıb.
Nazir qeyd edib ki, gənclərin çiyinlərində mühüm missiya – Qarabağ bölgəsinin və bütövlükdə respublikanın inkişafı dayanır.
Comments are closed.