Ermənistan Baş Prokurorluğu qarşısında aksiya keçirilir.
Bu gün, iyulun 6-da 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları prokurorluq qarşısında etiraz aksiyası keçirirlər. Onlar hazırda İstintaq Komitəsində baxılan 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan) maddəsi ilə cinayət işinin MTN-ə verilməsini tələb edirlər.
Artıq qohumlar bu tələbi iyunun 30-da keçirilən iclasda baş prokuror Artur Davtyana təqdim ediblər. Onlar həmçinin işin 299-cu maddə ilə yenidən tövsif edilməsini, Nikol Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb edirlər.