Britaniyada həkimlər meymun çiçəyi xəstəliyinə yoluxmuş homoseksualları müayinə edib və belə nəticəyə gəliblər ki, onların “cinsiyyət orqanları və anus nahiyələrində dəri lezyonları daha çox olur”. Ümumilikdə, meymun çiçəyi simptomları əvvəllər göründüyündən daha yumşaq və daha lokallaşdırılmışdır, Forbes bildirir.
Araşdırmalara qatılan homoseksualların orta yaşı 41-dir. 67%-i letarji və ya yorğunluqdan şikayətlənib. Digər 57% həkimlərə qızdırmasının olduğunu söyləyib, on nəfər (18%) səpgi görünməzdən əvvəl simptomlardan şikayət etməyibdi. Yalnız beş nəfər xəstəxanaya yerləşdirilib. Çiçək xəstəliyindən ölüm olmayıb.
“Bütün xəstələr özlərini kişilərlə cinsi əlaqədə olan kişilər kimi tanıdıblar. Bu qrupda genital bölgədə və anusda dəri lezyonlarının nisbəti daha yüksək müşahidə edilib, lakin keçmiş epidemiyalarla müqayisədə qızdırma və yorğunluq daha aşağı olub. Təxminən beşdə biri (18%) səpgi başlamazdan əvvəl heç bir simptom bildirməmişdir.
Xəstələrin dörddə birində meymun çiçəyi infeksiyası ilə eyni vaxtda xlamidiya və ya qonoreya testi müsbət olub.
Tədqiqatda iştirak edən doktor Ruth Byrne, “Genital və anal bölgələrdə lezyonların yayılması ilə birlikdə, bu, virusun cinsi fəaliyyət zamanı yaxın təmas nəticəsində ötürüldüyünü göstərir” deyibdi.