Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.
İctimairey.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Sameba kəndinin 9 kilometrliyində qeydə alınıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Sameba son aylar ən aktiv seysmik zonaya çevrilib. Belə ki, burada demək olar ki, hər həftə kiçik zəlzələlər qeydə alınır. İctimairey.Az