Xatirələr Silsiləsindən: Kəlbəcər. “Firəngiz” filminin çəklişləri zamanı.- FOTO

0

 

 

 

Baş rollarda: Vəfa Fətullayeva və Rasim Balayev.

Nənə:Sədayə xanım

Nəvə: Sevinc Kərimzadə

Kəlbəcəri ilk dəfə onda gördüm. Atam filmin redaktoru idi. Çəklişlər Dəli dağda Taxta deyilən yerdə gedirdi.

Heyət İsti suda qalırdı. Atam bizə ayrıca ev tutmuşdu dağın döşündə. Pəncərələrimiz sanatoriyaya baxırdı.Возможно, это изображение 1 человек и текст

Vəfa xanımla anası Hökumə xanım sanatoriyada qalırdılar. Çəkliş qrupu isə məktəb binasında.

Bacım da səhərlər çəkliş qrupu ilə dağa qalxar, gecə onlar gələnə kimi isə biz həyəcan keçirərdik.

Dağ yolları çox qorxulu idi. Maşınlar güclə bu yolu dırmaşırdılar. Dağ havası isə dəyişkən, gah yağışlı gah da necə isti olardısa, dərin yanıb qabıq verərdi. Amma gözəl idi. Bacım Sevinc arada xəstələnsə də çəklişdən qalmadı. Oyunu epizodlar olsa da, uşaq canı ilə məsuliyyət hissi də vardı.

Bu səfərlə bağlı geniş bir yazı da yazmışdım, illər sonra, amma o yazı Hökumə Qurbanovaya ithaf idi.Возможно, это изображение 1 человек и текст

Bəlkə bu gün çoxları düşünür ki, sovet dövrü filmlərinə böyük büdcə ayrılırdı, ona görə elə şedevr əsərlər yaranırdı. Əsla belə deyil, deyərdim. Tək şəkillərini təqdim etdiyim bu filmin nə zəhmətlər bahasına başa gəldiyinin canlı şahidiyəm. Xırdalıqları sadalamaq istəmirəm belə.

Bununla belə həmin o günlər unudulmaz idi. Biz uşaq idik, ata anamız sağ idi. Kəlbəcər bizim idi. Və hər axşam Hökumə Qurbanova qızı Vəfa xanımla çiyinlərinə şal salıb sanatoriyadan üzü yuxarı asta-asta, söhbət edə-edə gedir və bir də geri dönürdülər. Hamı onlarla salamlaşır, Vəfa xanım hamıya təbəssümlə cavab versə də, Hökumə xanımın üz ifadəsi belə dəyişmirdi.Возможно, это изображение один или несколько человек и текст «Ð эпизодах M. бурджалиев ш. алиева C. керимзаде»

On yaşlı bacım Sevinc üçün isə, bu film bir tarixdi. İndi şəkillərinə nəvələri baxır və inanmırlar ki, bu balaca on yaşlı qız onların nənələridi…

Yeganə KƏRİMZADƏ

Leave A Reply

Your email address will not be published.

Tərcümə »