Bakıda bir qrup feminist Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
İctimairey.Az xəbər verir ki, onlar “Qadın qətlləri siyasidir” şüarı ilə etiraz ediblər. Aksiya iştirakçıları son vaxtlar artan qadın qətllərinə diqqət çəkmək üçün tabut hazırlayaraq onun üzərinə öldürülən qadınların adlarını yazıblar.
DİN-in binasının qarşısına gətirilən tabut mühafizəçilər tərəfindən götürülüb.
Aksiya iştirakçılarının sözlərinə görə, Azərbaycanda son günlər baş verən qadın qətllərinə qarşı ciddi tədbir gözülməlidir:
“Biz qadınlara diqqətli yanaşmağı, onların həyatıyla oynamamağı, onlar üçün zəruri olan addımların atılmasını tələb edirik. Son 10 gündə beş qadın qətlə yetirilib. Biz düşünürük ki, qadın qətlləri siyasidir. Çünki dövlət lazımi tədbirləri görmür. Biz istəyirik ki, ərindən boşanmaq istəyən qadınlara nə dövlət, nə qohumlar, nə də başqaları təzyiq etməsin, onlar azad olsun. Bir neçə gün ərzində beş qadının qətli artıq faciədir və dövlət bununla bağlı nəsə etməlidir”
Hadisə yerinə polislər gəlib, onlar bir neçə dəqiqə prosesi müşahidə edəndən sonra iştirakçıları uzaqlaşdırıblar. Aksiya iştirakçıları hadisə yerindən getsələr də, polislər onları müşaiyət edib.(yenisabah.az)
Həmin görüntüləri təqdim edirik: