Olimpiadada Azərbaycan üçün sabahın proqramı: Üç idmançımız mübarizə aparacaq

0

Tokio Yay Olimpiya Oyunlarında sabah daha üç idmançımız mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, iki ən ağır çəkili cüdoçumuz mübarizəyə qoşulacaq.

Uşanqi Kokauri 1/16 finaldan etibarən çıxış edəcək. Mərhələ adlayacağı halda onun 1/8 finalda rəqibi Rafael Silva (Braziliya) olacaq.

Qadınların yarışında İrina Kindzerskaya 1/8 finaldan mübarizəyə qoşulacaq. Hər iki çəki dərəcəsində yarışlara Bakı vaxtı ilə saat 06:00-dan etibarən start veriləcək.

Boksda Alfonso Dominqes ikinci döyüşünə çıxacaq. Dünən özbəkistanlı rəqibini məğlub etmiş Kuba əsilli boksçumuz bu dəfə 1/4 finalda türk rəqibi ilə qarşılaşacaq. O, yarımfinala vəsiqə qazanacağı halda, Azərbaycana minimum bürünc medal qazandıracaq. Onun görüşü Bakı vaxtı ilə saat 14:24-də baş tutacaq.

Cüdo

Kişilər

+100 kq. Uşanqi Kokauri – Matsey Sarnatski (Polşa)

Qadınlar

+78 kq. İrina Kindzerskaya – İsayana Marenko (Nikaraqua) / Larisa Seriç (Bosniya və Herseqovina) cütünün qalibi

Boks

-81 kq. Alfonso Dominqes – Bayram Malkan (Türkiyə)                                                                                                    İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »