Düşmən Kəlbəcərdə törətdiyi təxribatın cavabını aldı!

0
Təmas xəttində atəşkəs rejiminin yenidən bərpa olunduğunu və bununla bağlı razılığın Rusiya tərəfinin vasitəçiliyi ilə əldə edildiyini bildirən Ermənistan Müdafiə Nazirliyi itkilərini açıqlayıb.
Belə ki, düşmən tərəfi döyüşlər zamanı baş leytenant Ayk Qorqyan, əsgər Koryun Arutunyan və əsgər David Koçaryanın ölümünü təsdiqləyib. Eyni zamanda, düşmənin bir neçə hərbçisinin yaralandığı da bildirilir.
Ümid edək ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutmasının bədəlini bu cür ağır ödəməsindən sonra az da olsa ağıllanacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyi nəhayət ki, reallıqla barışmalı, məğlubiyyəti qəbul etməli və bizim cavab zərbələrimizdən düzgün nəticə çıxarmalıdır. Əks təqdirdə düşmən böyük itkilər verməyə davam edəcək.
Bu gün rəsmi İrəvan bir daha əmin oldu ki, Azərbaycanın Dəmir Yumruğu hər zaman düşmənin başını əzməyə hazır vəziyyətdədir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »