“Teknofest” gələcək inkişafımıza yeni bir dinamika gətirdi “

0

Sözün hər mənasında möhtəşəmliyi ilə diqqət çəkən və yaddaşlarda iz buraxan “TEKNOFEST Azərbaycan” festivalı artıq üç gündür başa çatsa da, lakin bu festival hələ də ölkə gündəminin əsas müzakirə mövzularından, təqdir edilən hadisələrindən biri olaraq qalmaqda davam edir. Bu da təbiidir. Çünki paytaxtımızda ilk dəfə keçirilən “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin birgə əsəri, ortaq layihəsi kimi araya-ərsəyə gəldi.

İnsanlarımızın, xüsusən də gənclərimizin sözügedən sərgiyə bunca dərindən maraq göstərmələri də məhz bu amillə bağlıdır. Azərbaycan və Türkiyə iki dost qardaş ölkə olaraq bu festivalı gerçəkləşdirməklə sübut etdilər ki, gələcəkdə bundan da böyük ortaq layihələrə birgə imza atmaq gücünə malikdirlər. Bu layihə bir ilk idi. Amma bunun davamı mütləq gələcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı təsdiqlədi.

Qardaş ölkənin lideri festival törənindəki çıxışında qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı planlaşdırırıq. Qarşıda çox böyük hədəflərimiz var.

4-cü Sənaye inqilabının gətirdiyi böyük elmi-texniki dəyişikliklər prosesində biz də Azərbaycan və Türkiyə olaraq öz layiqli yerimizi tutmalıyıq. “TEKNOFEST Azərbaycan” festivalı bu istiqamətdə görülən işlərə böyük bir təkan sayıla bilər. Festival iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafına da yeni bir dinamika gətirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Festival çərçivəsində yarışlara qatılan gənclərimizin d’gələcəkdə öz böyük elmi kəşfləri və ixtiraları ilə ölkəmizi və bütün Türk dünyasını hər yerdə ləyaqətlə təmsil edəcəklərinə əminik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »