Bayden Putinin problemlərindən danışıb

0

 ABŞ prezidenti Joo Bayden Vladimir Putinin problemlərinin olduğunu hesab edir.

İctimairey.Az bu barədə Ağ Evin mətbuat mərkəzinə istinadla yazır. “O (Putin) problemlərinin olduğunu bilir və bu onu daha təhlükəli edir”, – ABŞ lideri bildirib. Söhbət əsnasında Bayden Cenevrədə Putinlə sammitdəki görüşündən də bəhs edib. Amerika liderinin sözlərinə görə, Rusiya prezidentinin sərəncamında yalnız nüvə silahı və neft var. Bundan başqa, ABŞ prezidenti Milli Kəşfiyyat Direktorunun ofisini ziyarət edərkən, kəşfiyyat komandasının qarşısında çıxışında, – “Putin sizin komandanızın onun komandasından daha yaxşı olduğunuzu bilir və bu, onu cəhənnəm qədər narahat edir” – deyə, vurğulayıb.

Bundan əvvəl, Bayden Rusiyanı 2022-ci ildə keçiriləcək ABŞ konqres seçkilərinə müdaxilə etməkdə günahlandırmışdı. ABŞ Prezidenti Rusiya Federasiyası tərəfindən kiber hücumlar səbəbiylə hərbi qarşıdurma təhlükəsi yarana biləcəyini də vurğulayıb. Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzuda davam edən ikitərəfli məsləhətləşmələri açıqlayıb və bildirib ki, Kreml Rusiya federasiyası ilə ABŞ arasında kiber cinayətlərə qarşı mübarizədə əməkdaşlığını elan etmişdir. Qeyd edək ki, Rusiya BMT -yə İT texnologiyalarından istifadə etməklə beynəlxalq cinayətlərin qarşısını almaq üçün yeni cinayət tərkibini təklif edib. Beləliklə, Rusiya Federasiyası kiberməkanda cinayətkarlıqla mübarizə məqsədi daşıyan universal konvensiya layihəsini hazırlayaraq xüsusi komitəyə təqdim edən ilk dövlətdir.

Esmira ŞÜKÜROVA

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »