Ukrayna prezidenti Vladimir Zelenski “Azovstal”da təslim olan yaraqlıların mübadiləsi ilə bağlı razılığa gəlməyi planlaşdırdığını bildirib.
“Uşaqlar hərbçilərdən bir siqnal aldılar ki, çölə çıxmaq və həyatlarını xilas etmək hüququ var … Bundan sonra hər şey BMT, Qırmızı Xaç Cəmiyyəti, Rusiya Federasiyasının Ukrayna qoşunlarının təhlükəsiz və ya digər mübadilə formatını həyata keçirəcəklərinə verdikləri sözdən asılıdı, – deyə Vladimir Zelenski bildirib.
Mediya xatırladıb ki, mayın 20-də “müəssisənin yaraqlıların gizləndiyi yeraltı qurğuları Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib”. Ümumilikdə 2439 ukraynalı hərbçi Rusiya hərbçilərinə təslim olub.
Bundan əvvəl Zelenski humanitar səbəblərə görə, ukraynalı hərbçilərin zavoddan çıxmasını “evakuasiya” adlandırmışdı.